“Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda təlim keçirilib

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində cari ilin 01 dekabr tarixində Xəzər Universitetinin tələbələri üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq”  mövzusunda təlim keçirilib.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat ilə çıxış edən mütəxəssislər seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Qeyd edək ki, interaktivlik və diskussiyalarla zəngin olan tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır