Kapital Bank-dan ilk kreditinizi endirimlə əldə edə bilərsiniz

“Kapital Bank”, kredit üçün ilk dəfə müraciət edən müştərilərə güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-dan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4% endirim və pulsuz BirKart təqdim ediləcək.

Həmçinin nağdlaşma komissiyası 0% təşkil edir. 8 500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 30 aprel 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü Kapital Bank-dan alanlara şamil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır