Yapı Kredi Bank kapitalını artıracaq.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bank balansını daha da gücləndirmək məqsədilə sərmayəsini pay ixracı yolu ilə 4.1 milyard TL artıraraq, 8.45 milyard TL-yə çatdıracaq.
Bank budan əlavə beynəlxalq bazarlarda əsas kapital ixracı ilə əlavə borclanma da həyata keçirəcək. Qanuni icazələr və bazar şərtlərinə bağlı olaraq, təxminən 500 milyon dollar gözlənilən bu ixrac ilə birlikdə Yapı Kredi, təxminən 1,5 milyard dollar məbləğində artım reallaşdırmağı planlaşdırır.
Qeyd edək ki, bu əməliyyat son 10 ildə Türkiyədə ən böyük sermaye ixracı olacaq.