Kartel (fransızca cartel, italyanca cartelio)- istehsalçıların, yaxud istehlakçıların birləşməsi formasıdır. Adətən, istehsal və satış həcmləri, qiymətləri, satış bazarları uyğun olan firma və şirkətlərin açıq və ya gizli razılaşma ilə birləşməsi nəticəsində yaranır.
Kartellərin yaradılmasındakı məqsəd birləşmənin daxilində rəqabətin ləğv edilməsi və ya məhdudlaşdırılması və birləşmədə iştirak etməyən firmalar tərəfindən xarici rəqabətin boğulması vasitəsilə mənfəətin artırılmasıdır.
Bir sıra ölkələrdə Milli antiinhisar qanunvericiliyi ilə kartel müqavilələrinin bağlanması qadağan edilmiş və ya xüsusi şərtlərlə məhdudlaşdırılmışdır.