Kassa çekləri hansı halda ciddi hesabat blankı hesab olunur?

Ezam olunmuş əməkdaşlar mehmanxanalarda qalmaq üçün nəzarət kassa aparatının çekini və qaimə fakturanı tələb etməlidilərmi?

Məcəlləyə edilən yeni əlavəyə görə, (maddə 109.8.) Nəzarətkassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Bu maddədə göstərilən “malların alınması” ifadəsi iş və xidmətlərin alınması anlayışını da özündə əks etdirirmi? 

Azərbaycan Banklar Assosiasiyasının Vergilər Nazirliyinə ünvanladığı sorğuya əsasən, Vergilər Məcəlləsinə edilmiş yeni əlavə ilə əlaqədar 109.8-ci maddədə istifadə olunan “Malların alışı” söz birləşməsinə Nazirlik tərəfindən açıqlama verilib:

“Vergi Məcəlləsinin 109.8-ci maddəsinin müddəaları yalnız malların alışına münasibətdə tətbiq edilir. Mehmanxanalar tərəfindən göstərilən xidmətin müqabilində əhali ilə pul hesablaşmaları aparılan zaman müştəridən qəbul edilən pul vəsaitinin müqabilində onlara ciddi hesabat blankı olan qəbz təqdim edilir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır