Keçən il Çindən 6000 qutu barama toxumu ölkəyə gətirilib

Avqustun 14-də Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respublikasının “Norinco İnternational Cooperation Ltd” şirkətinin idarə heyətinin sədri Vang Yuetaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Nazir müavini İlham Quliyev keçən il Azərbaycanda baramaçılığı inkişaf etdirmək üçün Çin Xalq Respublikasından 6000 qutu barama toxumu və 1,5 milyon ədəd tut tinginin (çəkil) ölkəmizə gətirildiyini qeyd edərək,nazirlik tərəfindən keçirilən tenderlərdə Çin şirkətlərinin iştirakını da məqsədəuyğun hesab edib.

“Norinco İnternational Cooperation Ltd” şirkərinin idarə heyətinin sədri Vang Yuetaonun Azərbaycanla aqrar sahədə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır