Kiçik noutbuklara qayıdış

Bu il “Apple” şirkəti kiçik noutbukların istehsalına qayıtmaq niyyətindədir.

“Apple”in yeni tətbiqi haqqında “General Interface Solutions” şirkəti məlumat verib. Bu şirkət 2017-ci ilin sonundan “MacBook” üçün aksesuarlar istehsal edir. Hazırda şirkət yeni, 12 düymlük, sərfəli “MacBook” üçün maye kristal ekranların sifarişini alıb. Yeni “MacBook” 2018-ci ilin ikinci yarısında satışa çıxarılacaq. “MacBook Air”in hazırkı dəyərinin 120 dolar olduğunu nzərə alsaq, yeni noutbukun dəyəri bu məbləği ötməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır