“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

27 fevral 2018-ci il tarixində saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.

Yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı baş tutacaq.

İştirak etmək istəyən hər kəs sərgiyə dəvətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır