Bu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklər ölkəmizdə daha əlverişli biznes mühitinin yaradılmasına, sahibkarların vergi yükünün azaldılmasına, onların qanuni hüquqlarının qorunmasına və genişləndirilməsinə xidmət edir.
Əlavə və dəyişikliklərdən 123-ü vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sahəsində uçot və qeydiyyatın asanlaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, azadolmalar barədədir.
Vergi Məcəlləsində edilən əlavə dəyişikliklərə aşağıdakı vergi ödəyiciləri vergi bəyannaməsi təqdim etməyəcəklər:
- Vergi Məcəlləsində konkret peşə adları qeyd olunan kiçik vergi ödəyiciləri (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, fərdi foto, audio-video xidmətləri, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara, uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağban, aşpaz, gözətçi və nəqqaşlıq emalatxanalarının fəaliyyəti);
- Vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirən şəxslər;