Kiyev Şəhər Administrasiyasının nümayəndələri Azərbaycanın tullantıların idarəolunması sahəsində təcrübəsini öyrənmək üçün “Təmiz Şəhər” ASC-də olublar. Qonaqlara Səhmdar Cəmiyyətin fəaliyyəti, reallaşdırılan layihələr barədə məlumat verilib.
“Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov bildirib ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ən sərt ekoloji tələblərə cavab verir və 4-cü nəsil texnologiyalarla inşa edilib, il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizə etmək və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.
Qonaqlar həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olublar.
Qonaqlara həmçinin, ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı barədə də məlumat verilib. Sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında təkrar emal müəssisələri fəaliyyət göstərir.