Klirinq borcların qarşılıqlı silinməsidir. Məsələn, A və B şəxslərinin bir-birinə borcu var. A şəxsinin B şəxsinə borcu 5 manat, B şəxsinin A şəxsinə borcu isə 10 manatdır. Bu halda A şəxsinin B-yə olan 5 manatlıq borcu silinir və əvəzində B A şəxsinə geriyə qalan 5 manatlıq borcunu ödəyir.
Klirinq:
- qarşılıqlı öhdəçilikləri və tələbləri nəzərə almaqla əmtəə, qiymətli kağızlar və xidmətlərə görə nağdsız hesablaşmalar sistemidir.
- göndərilmiş, satılmış əmtəələrə, qiymətli kağızlara və göstərilmiş xidmətlərə görə ölkələr, şirkətlər, müəssisələr arasında tədiyyələrin tarazlığı şərtlərindən irəli gələrək qarşılıqlı hesablaşma yolu ilə edilən nağdsız hesablaşmalardır.
Klirinqin iki növü ilə tanış olaq.
- Bank klirinqi hesablaşma palataları vasitəsilə və bərabər tədiyyələrin qarşılıqlı hesaba alınması əsasında həyata keçirilən banklararası nağdsız hesablaşmalar sistemidir.
- Valyuta klirinqi ölkələr arasında beynəlxalq hesablaşmaların klirinq valyutalarında razılaşdırılmış qiymətlərlə hesablanmış dəyərləri bərabər olan əmtəə və xidmətlərə görə tədiyyələrin qarşılıqlı hesabaalınmasına əsaslanan keçirilməsi qaydasıdır.