Kommeriya banklarının Mərkəzi bank qarşısında öhdəlikləri artıb

2017-ci il aprel ayı üzrə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri  toplam olaraq  6,6 milyard manat təşkil edib. Öhdəliklərin həcmi ötən ayın  göstəriciləri  ilə müqayisədə 14,7 mln. manat və ya 0,22%, ötən ilin müvafiq  dövrü ilə müqayisədə isə 278,8 mln. manat və ya 4,42% artıb.

Qeyd edək ki, Mərkəzi bankın banklara olan tələbi dedikdə Mərkəzi bank tərəfindən kommersiya banklarına verilmiş kreditlər, yerləşdirilmiş vəsaitlər nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır