Bu suala Vergilər Nazirliyi rəsmi saytında açıqlama verib.
Belə ki, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin sürətli elektron dövlət qeydiyyatı və adi elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.
Bu elektron xidmətin istifadəçilərinin mütləq gücləndirilmiş elektron imzası olmalıdır. Onlar qeyd edilən elektron xidmətdən istifadə edərkən “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli qeydiyyat ərizəsi”nin və ya “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin adi qeydiyyat ərizəsi”nin elektron formalarını doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiqləyərək vergi orqanına göndərirlər.