Kommersiya sirrinə çıxışın verilməsini Vergilər Nazirliyi müəyyən edəcək

Sentyabrın 12-də Prezident İlham Əliyev kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin xüsusi rejiminin müəyyən olunması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Əgər əvvəllər sahibkarların kommersiya və ya vergi sirlərinə çıxışı olan vəzifəli şəxslərin dairəsini müəyyən etmək səlahiyyəti prezidentə məxsus idisə, indi bu siyahı Vergilər Nazirliyi tərəfindən müəyyən ediləcək. Fərmana əsasən, Vergilər Nazirliyinə  iki ay ərzində kommersiya və vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiq etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır