19 iyul 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayens üzrə Ekspert Qrupu”nun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə görüşü keçirilib.
BBN.az xəbər verir ki, iclasda Ekspert Qrupunun üzvləri, Qrup üzvü olmayan digər bankların nümayəndələri, DSMF-nin nümayəndələri və “Azərpoçt”un nümayəndəsi iştirak edib.
Görüş zamanı sərəncamların qəbulu, icrası və geriqaytarılması ilə bağlı texniki təkmilləşdirmələr mövzusu müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.