26 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns üzrə” Ekspert Qrupunun iclası keçirilib.
BBN.az xəbər verir ki, iclasda yeni şəxsiyyət vəsiqələrilə eyniləşdirmə prosesinin aparılması və PL/TMM Qanunvericiliyinin Banklarda tətbiq edilməsi məsələlərinə baxılıb.
Həmçinin iclas zamanı Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinə nəzarətin optimallaşdırılması prosesi müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.