“İqtisadiyyat, biznes və universitet arasinda qarşılıqlı vəhdət” mövzusunda konfrans keçiriləcək

UNEC-nin  Novruz mühazirələri çərçivəsində “İqtisadiyyat, biznes  və universitet arasinda qarşılıqlı  vəhdət: qlobal çağirişlar  və yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

BBN.az xəbər verir ki, konfrans 15 mart  2018-ci il  tarixində  saat 10:00-da baş tutacaq.

Qeyd edək ki, tədbirdə “Qlobal çağırışlar kontekstində tədqiqat universitetinə keçid: beynəlxalq təcrübənin Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqi”, “Biznes sektoru ilə universitet arasında əlaqələrin gücləndirilməsi üçün nə etməli?” mövzularında çıxışlar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır