Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasını təmin etmək məqsədilə noyabrın 29-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib.
Belə ki,”Korporativ sosial məsuliyyət. Maraqlı şəxslər” mövzusunda təşkil olunmuş tədbirdə kiçik və orta sahibkarlıq subyektləri, o cümlədən sənaye müəssisəsinin nümayəndələri iştirak edib.
Təlimdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ sosial məsuliyyətin mahiyyəti və əhəmiyyəti, onun əhatə etdiyi sahələr, şəffaflığın təmin olunması, məlumatların açıqlanması və s. barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.