Mərkəzi Bank kotirovka sorğusu elan edir.
BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı məsələlər üzrə kotirovka sorğusu elan edir.
1. Stolüstü əskinas sayğaclarının satınalınması
2. Stolüstü əskinas sayğaclarına və vakuum presləyicilərə texniki qulluqla (servislə) bağlı xidmətin satınalınması
3. Mərkəzi Bankın Ehtiyat Mərkəzlərinin ehtiyat internet şəbəkəsinə qoşulması xidmətinin satınalınması
4. Mərkəzi Banka məxsus inzibati binalarda təmir-bərpa işlərinin görülməsi xidmətinin satınalınması
1-ci və 3-cü məsələlər üzrə iştirak haqqı 40 manat, 2-ci məsələ üzrə 10 manat, 4-cü məsələ üzrə isə 30 manatdır. İştirak etmək istəyən iddaçılar iştirak haqqını Mərkəzi Bankın hesabına köçürülməlidir.
Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 15 may 2018-ci il saat 18.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 16 may 2018-ci il saat 15.00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.