Mərkəzi Bank kotirovka sorğusu elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən stolüstü əsginas sayğaclarının və banderollayıcı maşının satın alınması” üzrə kotirovka sorğusu elan edilir.

BBN.az xəbər verir ki, iştirak haqqı 20 manatdır. İştirak etmək istəyən iddaçılar iştirak haqqını Azərbaycan Respublikası Mərkəzi Bankının hesabına köçürülməlidir.

Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 05 iyun 2018-ci il saat 18.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 06 iyun 2018-ci il saat 15.00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır