“Kredaqro” Bank Olmayan Kredit Təşkilatı MMC-yə çevrilib

“Kredaqro” Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti hüquqi formasını dəyişib. BBN.az  “Vergilər” qəzetinin xüsusi buraxılışındakı elana istinadən xəbər verir ki, bokt Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edir.

Qeyd edək ki, “Kredaqro”,  2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda  Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır