Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda keçirilən “II Bankçılıq Forumu” davam edir.
Açılış nitqlərindən sonra Forumun “Xarici şokların təsirlərinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar” mövzusundakı 1-ci paneli öz işinə başlayıb.
Paneli “İqtisadi islahatların yaxın və orta perspektivli nəticələri” mövzusu ilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri Ayaz Çaparlı açıb.
Ayaz Çaparlı makroiqtisadi mühit, milli iqtisadiyyat perspektivlərinə dair Strateji Yol Xəritəsi: fiskal dayanıqlığın gücləndirilməsi və əlverişli biznes mühiti, maliyyə xidmətlərinin inkşafına dair Strateji Yol Xəritəsi haqda təqdimatla çıxış edib.
O, həmçinin, əlverişli biznes mühitinin inkişaf etdirilməsi prioritetinin icra olunmuş və icra olunacaq tədbirlər haqqında da məlumat verib. Ayaz Çaparlı qeyd edib ki, bu sahədə 2 əsas prioritet var.
Ayaz Çaparlı qeyd edib ki, “Maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsi”ndə infrastrukturun gücləndirilməsi üçün “Kredit büroları ilə əlaqədar zəruri qaydalar”ın hazırlanmasına başlanılıb.