Kredit bürosu ilə kredit reyestrinin fərqi

Son zamanlar kreditləşmə bazarında müşahidə edilən problemlər (problemli kreditlər, riskli kreditlər, faiz dərəcələrinin yüksək olması və s.)  kredit təşkilatlarının borc alanlara etibarının olmamasından və ya onların ödəmə qabiliyyəti haqqında kifayət qədər məlumat əldə edə bilməməsindən qaynaqlanır. Problemlərin aradan qaldırılması və maliyyə sistemində informasiya mübadiləsinin təmin edilməsi bu sahənin inkişafı üçün çox vacib məsələ hesab edilir. Buna görə də, ötən il “Kredit büroları haqqında” qanun qəbul olunub və bu gün ilk Özəl Kredit Bürosu yaradılır.

Kredit büroları borc alanlar və potensial müştərilərin  kredit tarixçəsi,rüsum və cərimələrin ödənişi, girovları,  kommunal borcları və s. barədə informasiyaları toplayıb saxlayan və qanunla nəzərdə tutulmuş qaydada maliyyə təşkilatlarına ötürən məlumat bazasıdır.   Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyində olan Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildən etibarən buna bənzər fəaliyyət həyata keçirir. Ancaq bu iki sistem fərqli mexanizmlərlə işləyir. Özəl kredit bürolarının fəaliyyəti MKR-dən daha genişdir.

Özəl Kredit Büroları Mərkəzləşdirlmiş Kredit Reyestri
Potensial və cari borcalanların kredit tarixçəsi, kommunal borcları, girovlarıvə s. barədə məlumat toplanıb saxlanılır Potensial və ya cari borcalanların yalnız kredit tarixçəsi barədə məlumatlar toplanıb saxlanılır.
Borcalanın kredit tarixçəsi təhlil edilir və ödəmə qabiliyyəti qiymətləndirlir Məlumatlar statistik göstərici kimi saxlanılır
Məlumata edilən son dəyişiklikdən sonra 10 il müddətində saxlanıılır. Bu müddətdən sonra məlumatlar məhv edilir və ya arxivləşdirlir. Məlumata edilən son dəyişiklikdən sonra 7 il müddətində saxlanılır.

 

 

Qeyd edək ki, yaxın zamanlarda fəaliyyətə başlayacaq kredit büroları beynəlxalq təcrübədə XIX əsrdən formalaşıb. Hazırda bəzi ölkələr Equifax, Experian, Transunion kimi  nəhəng şirkətlərin təcrübəsindən yararlanır.

İqtisadi təhlilin ilk addımı informasiyanın “iqtisadi dəyər”inin olduğunu anlamaqdır. Xüsusilə maliyyə-kredit sistemində informasiya bolluğu olduqca əhəmiyyətlidir. Bu baxımdan uzunmüddətli məlumat bazasının formalaşdırılması və maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, maliyyə infrastrukturunun möhkələnməsi istiqamətində ciddi addım sayılır. Kredit bürolarının xüsusilə,  faiz dərəcələrinə, kredit risklərinə müsbət təsir edəcəyi gözlənilir.

Aysel İsmayılova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır