Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin qərarına əsasən, yaradılacaq özəl kredit bürosunun nizamnaməsi, “İnvestisiya və İştirakçılararası Müqavilə”sini Creditinfo və müvafiq hüquq şirkəti ilə müzakirə edərək sənədin yekun versiyasının səhmdarların ilk iclasına təqdim edilməsi üçün İşçi Qrup yaradılacaq.
İşçi Qrupun tərkibi aşağıdakı kimidir:
- “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev;
- “Accessbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Şakir Rəhimov;
- “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov;
- “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov;
- “Unibank” ASC İdarə Heyəti sədrinin müavini Asəf Hüseynov.
İşçi Qrupunun rəhbərliyi Zakir Nuriyev həyata keçirəcəkdir.