Kredit kartları ilə aparılan əməliyyatların həcmi artıb

2018-ci ilin fevral ayı ərzində dövriyyədə olan kredit kartlarının ümumi sayı 673 min ədəd olub. Yanvar ayı ilə müqayisədə bu göstərici 18 min ədəd çoxdur.

BBN.az xəbər verir ki, fevral ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi 163 milyon manat olub. Bundan əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 21 milyon manat məbləğində artıb.

Qeyd edək ki, orta hesabla fevral ayı ərzində 1 kredit kartla 242 manat məbləğində əməliyyat aparılıb. Bu da yanvar ayı ilə müqayisədə təqribən 26 manat çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır