Kredit kartları niyə azalır? – SƏBƏBLƏR

2016-cı ilin avqust ayının sonuna aktiv plastik kartların sayı 5,27 mln. ədəd təşkil  edir ki,  bu da ilin əvvəli ilə müqayisədə 6,9% azdır.

Azalma hər iki növ plastik kartda da – kredit və debit kartlarında müşahidə edilsə, kredit kartlarının sayındakı enmə daha kəskindir. Belə ki bu tip ödəniş kartlarının sayı ilin əvvəli ilə müqayisə də 27,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 37,3% azalıb.

Ödəniş kartlarının strukturu və ilin əvvəli ilə müqayisədə dinamikası ilə aşağıdakı diaqramda tanış ola bilərsiniz:

plastik-kartlar

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit İşi və Risk” üzrə Ekspert Qrupunun məsələ ilə bağlı BBN.az-a verdiyi açıqlamasında bildirilib ki, kredit kartlarındakı azalma ilk növbədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) məsuliyyətli kreditləşmə prinsiplərinin tətbiqi ilə bağlıdır. Həmçinin istehlak kreditlərinin yalnız manatda verilməsi də buna təsir edib.  Belə ki, kredit kartları ilə verilən kreditlər adətən istehlak krediti olur. Ümumiyyətlə, kreditə olan tələbin yüksək olmadığı dövrdə, kreditlərin faiz dərəcəsinin depozit və digər resurslara müvafiq olaraq yüksək olması tələbin bir qədərdə aşağı olmasına təsir göstərir.

Ödəniş kartlarının tərkibi və dinamikası ilə bağlı daha geniş məlumat üçün aşağıdakı cədvələ baxın:

Plastik kartların sayı, min ədəd
Göstəricilər 2016-cı il avqustun sonu İlin əvvəli ilə müqayisə Ötən ilin  eyni dövrü ilə müqayisə 2015-ci ilin sonu 2015-ci il avqustun sonu
Ödəniş kartları 5270 -6.9% -8.5% 5659 5759

o cümlədən:

               Debet kartları 4542 -2.3% -1.2% 4650 4599

həmçinin:

Sosial kartlar 2363 -3.6% -3.8% 2451 2456
Əmək haqqı kartları 1531 4.4% 4.5% 1467 1465
Digər 648 -11.5% -4.4% 732 678
               Kredit kartları 728 -27.9% -37.3% 1010 1161

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır