BBN.az olaraq, kredit kartı təklif edən bankların tətbiq etdikləri illik faiz dərəcələrinə görə sıralamasını təqdim edirik. Kredit kartları üzrə faizlər 21-36% aralığında dəyişir. Bəzi banklarda isə bu faizlər müştərinin kredit tarixçəsinə və digər şərtlərə uyğun olaraq, fərdi şəkildə müəyyən edilir.
Sıralamanı Sizə təqdim edirik:
Sıra | Bank | Faiz dərəcəsi (illik) | Kreditin maksimum limiti |
1 | Expressbank ASC/Smile Card | 21%* | 2000 |
2 | Caspian Development Bank ASC | 24% | 2000 |
3 | Azər Türk Bank ASC | 26% | Aylıq gəlirin 3 misli |
4 | Bank Avrasiya ASC | 26% | 10000 |
5 | Azərbaycan Sənaye Bankı ASC | 27% | Aylıq gəlirin 3 misli |
6 | Rabitəbank ASC | 27% | 1000 |
7 | DəmirBank ASC | 27% | 10000 |
8 | Yapı Kredi Bank Azərbaycan QSC | 28% | Aylıq gəlirin 2 misli |
9 | Expressbank ASC/Expresso | 28% | 3000 |
10 | Azərbaycan Beynəlxalq Bankı ASC | 28-30% | 5000 |
11 | Bank of Baku ASC | 29% | Aylıq gəlirin 2 misli |
12 | Bank Respublika ASC | 30% | 3000 |
13 | Kapital Bank ASC | 31 | 10000 |
14 | Bank BTB ASC | 32-36% | 5000 |
15 | Unibank KB ASC | 32% | Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir |
16 | PAŞA Bank ASC | Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir |
Qeyd:
- Expressbank ASC-nin “Smile Card” kredit kartında faiz birdəfəlik olaraq, 6 ay üçün 6%, 12 ay üçün 12% hesablanılır. Təqribi hesablama illik faiz dərəcəsinin 21%-ə bərabər olduğunu göstərir;
- Bank Respublika ASC-nin “Paykart” kredit kartı ilə partnyor mağazalarda alış-veri zamanı illik faiz dərəcəsi 0% tətbiq edilir.
BBN.az tərəfindən aparılan bu tip bazar araşdırmaları ilə mütəmadi olaraq, tanış olmaq üçün səhifəmizi bəyənə bilərsiniz.
Həmçinin bax:
Banklar kredit kartı üçün nə qədər gəlir tələb edir? – SİYAHI