2017-ci ilin oktyabr ayı ərzində dövriyyədə olan kredit kartlarının ümumi sayı 0.598 milyon ədəd olub. Ötən ayla müqayisədə bu göstərici 18 min ədəd daha çoxdur. Həmçinin, oktyabr ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi 0.13 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 10 milyon manat məbləğində artıb.
Qeyd edək ki, orta hesabla oktyabr ayı ərzində 1 kredit kartla 217 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 11 manat çoxdur.