Kredit kartlarının sayı 81 min ədəd azalıb

2017-ci ilin may ayı ərzində dövriyyədə olan kredit kartlarının ümumi sayı 566 milyon ədəd olub. Ötən ayla müqayisədə  bu göstərici  81 min ədəd daha azdır. Həmçinin, may ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi 0.11 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 7 milyon manat məbləğində azalıb. Orta hesabla may ayı ərzində  1 kredit kartla  208 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 15 manat çoxdur.

Qeyd edək ki, may ayı ərzində kredit kartlarının sayında 12.5% , əməlliyyatların həcmində isə 5.6% azalma müşahidə olunmasına baxmayaraq, 1 kredit kartla aparılmış əməliyyatların məbləğində 7.7% artım olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır