Kredit Məlumatları Təchizatçıları Assosiasiyası təsis edilib

17 aprel 2018-ci il tarixində Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyasının təsis edilməsinə həsr olunmuş konfrans keçirilib.

BBN.az xəbər verir ki, Dünya Bankı Qrupu və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkil etdikləri imzalama mərasimində, Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası rəsmən təsis edilib.

Yeni assosiasiyanın üzvləri Azərbaycan, Belarus, Gürcüstan, Qazağıstan, Qırığızıstan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reyestrləri və bürolarıdır.

Dünya Bankı Qrupunun həyata keçirdiyi Azərbaycan- Mərkəzi Asiya Maliyyə İnfrastrukturu Layihəsi yeni assosiasiyanın yaradılması üçün məsləhətçki xidmətləri göstərərək risk idarəetməsi metodologiyalarını təkmilləşdirmək və təcrübə mübadiləsi aparmaq yolu ilə regionda maliyyə maliyyə infrastrukturunun möhkəmləndiriləsinə yardım edir. Layihə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunur və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katbliyi (SECO) tərəfindən maliyyələşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır