Kredit ödənişinin gecikdirilməsi gəlir səviyyəsindən asılı deyil – Araşdırma

Bakı əhalisinin gəlirləri artdıqca kredit ödənişinin xalis gəlirlərinə olan nisbəti azalır.

Bu haqda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşəbbüsü ilə keçirilən “Azərbaycanda Ev Təsərrüfatlarının Borcluluğu ilə bağlı ikinci Sorğu”nun nəticələrində qeyd edilir.

Gəlir diapazonu (manatla) Xalis gəlir Kredit ödənişlərinin xalis gəlirə nisbəti Kredit gecikdirilməsi
Bakı Region Bakı Region Bakı Region
<600 188 223 60% 44% 15% 12%
601-750 364 278 45% 37% 11% 6%
751-850 410 333 39% 40% 8% 9%
851-1000 492 377 39% 47% 10% 27%
>1000 1047 667 26% 40% 12% 37%

Cədvəldən də göründüyü kimi Bakı üzrə ailələrin gəlirləri artdıqca kredit ödənişlərinin onların gəlirlərinə olan nisbəti azalmaqdadır. Maraqlı məqam isə budur ki,  kredit ödənişlərində gecikmələr bu qanuna uyğunluğa tabe olmur.  Belə ki,  gəliri 601-750 manat və 1000 manatdan çox  olan ailələrin kredit ödənişini gecikdirmə faizi demək olar ki, eynidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır