Kredit portfelinin həcmi nə qədər olub?

2018-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12105,6 milyon manat təşkil edib.

BBN.az Statistika Komitəsinə əsasən xəbər verir ki, ümumi kredit portfelinin 9739,8 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1745,7 milyon manat olub və ümumi kredit portfelinin 14,4 faizini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır