May ayında Azərbaycanda kredit qoyuluşları artıb

2018-ci ilin may ayında Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları 11552.3 mln. manat  təşkil edib.

BBN.az Mərkəzi Banka istinadən xəbər verir ki, may ayında iqtisadiyyata kredit qoyuluşu ötən ayla müqayisədə 1.14 % və ya 129.7 mln. manat artıb.

Qeyd edə ki, ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsi 19.7% və ya 2 842.5 mln manat az olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır