Kredit qoyuluşları 54 milyon manat azalıb

Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi göstəricilərinə əsasən, 2016-cı ilin 3-cü rübünün sonuna olan kredit qoyuluşları 16 274 milyon manat təşkil edib. Bu 1 sentyabr göstəricisindən 54,6 milyon manat və ya 0,3% azdır.

Kredit qoyuluşları ilin əvvəli ilə müqayisədə 4,9 milyard manat və yaxud 23,1% azalmışdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı ilin ilk 10 ayı üzrə ayın əvvəlinə olan kredit qoyuluşları göstəricilərinə əsasən hazırladığımız qrafiki sizə təqdim edirik.

1kredit

Qeyd edək ki, bu dövr ərzində ən aşağı göstərici avqust ayının əvvəlində 16,2 milyard manatla, ən yuxarı göstərici isə 21,2 milyard manatla yanvar ayının 1-də qeydə alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır