Kreditlər üzrə orta faiz dərəcəsi artıb

Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2017-ci ilin fevral ayının əvvəlinə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 12.28 %, xarici valyuta ilə verilən kreditlər üzrə isə 8.9% təşkil edib.

Manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 2017-cı ilin yanvar ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0.23 faiz bəndi artıb.

Xarici valyuta ilə verilmiş kreditlər üzrə faiz dərəcəsi isə 2017-cı ilin yanvar  ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0.3 faiz bəndi artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır