“Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarına müraciət edilib

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarına müraciət edilib.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”  ASC-nin  kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23 aprel 2018-ci il tarixdən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər.

Əlavə məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır