Kriptovalyuta bazarının kapitallaşması 150 milyard dolları ötüb

Kriptovalyuta bazarının kapitallaşması ilk dəfə olaraq 150 milyard dolları ötüb.

Kapitallaşmada ilk yeri “Bitcoin” tutur. Onun bazar dəyəri 69,2 milyard dollar həcmindədir. İkinci yerdə isə 30,1 milyard dollar bazar dəyəri ilə “Ethereum” qərarlaşıb.

Üçüncü və dördüncü yerləri isə müvafiq olaraq “Ripple” və “Bitcoin Cash” kriptovalyutaları paylaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır