2017-ci ilin ən sürətlə yüksələn kriptovalyutalarından biri Ripple`in rəhbəri Brad Garlinghouse əksər kriptovalyutaların dəyərinin ən sonda sıfırlanacağını bildirib.
“Goldman Sachs”ın “Texnologiya və İnternet Konfransı”nda danışan B.Garlinghouse əksər kriptovalyutaların dəyərinin olmadığını bildirib. Onun fikrincə, yalnız Bitcoin digərlərindən fərqlənir. Ripple rəhbəri Bitcoinin uzun müddət bazarda qalacağını, digərlərinin isə yavaş-yavaş bazardan çıxacağını deyib.
O, bu fikirlərinə səbəb də gətirib. Belə ki, B.Garlinghouse deyib ki, digər kriptovalyutaların bazardan çıxması üçün çox sadə bir səbəb var: Onlar alış-verişdən başqa heç bir işdə istifadə edilmirlər və buna görə də uzun müddətli olmaları üçün ciddi bir səbəb də yoxdur.