KTL beynəlxalq qarşılaşdırma testlərində 96% uyğunluq əldə edib

SOCAR-ın Ekologiya İdarəsinin Kompleks tədqiqatlar laboratoriyası (KTL) müasir beynəlxalq standartları tətbiq edərək iş fəaliyyətini genişləndirir. KTL iyul ayında İngiltərənin bu sahədə ixtisaslaşmış nüfüzlu şirkəti LGC-nin 100-dən artıq beynəlxalq laboratoriya arasında təşkil etdiyi su nümunələrinin təhlili üzrə qarşılaşdırma testində iştirak edib. Göndərilmiş su nümunələri 33 parametr üzrə analiz olunub və nəticələr beynəlxalq qarşılaşdırma testini təşkil edən LGC şirkətinə təqdim olunub.

LGC şirkətinin rəyinə əsasən, aparılmış qarşılaşdırmanın nəticəsi olaraq KTL 96% uyğunluq əldə edib. Bu da uğurlu nəticə sayılır. Belə nəticələrin əldə olunması yerli və beynəlxalq şirkətlərlə əməkdaşlığın qurulmasında laboratoriya üçün geniş imkanlar yaradır.

Qeyd edək ki, KTL 2012-ci ildən TurkAK tərəfindən TS EN İSO/İEC 17025:2012 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiyadan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır