Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”ASC kreditorlarının nəzərinə

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə 7-ci sırada olan bankda təminatsız kreditorların tələbləri üzrə proporsional qaydada ödəniş (50 min manat ekvivalentində) 11 may 2017-ci il tarixdən etibarən həyata keçiriləcək.

Qeyd edək ki, ödəniş prosesi bankın ləğvedicisi olan  Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır