Aprelin 19-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar üçün treninq keçirilib.
BBN.az xəbər verir ki, Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması və ixrac bazarlarına çıxış imkanları mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti, ixracyönümlü məhsulların istehsalı, ixracatçılara tətbiq edilən güzəştlər və s. barədə iştirakçılara ətraflı məlumat verilib.
Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.