Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alınıb

Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilir. Artıq Ticarət Evinin idarə olunması məqsədilə Latviyada “Azərbaycan Ticarət Evi” MMC (“Trading House of Azerbaijan”) yaradılıb.  Ticarət Evi Latviya Respublikası Müəssisələrinin Kommersiya Reyestri tərəfindən qeydiyyata alınıb.

Qeyd edək ki,  Azərbaycan Ticarət Evi yerli məhsulların “Made in Azerbaijan” brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır