“LC Waikiki” icraçı direktoru Vahap Küçük 2017-ci ili dəyərləndirib və gələn il üçün planlarından danışıb.
Bugün 469-u Türkiyədə, 364-ü xaricdə, cəmi 833 mağazası ilə xidmət etdiklərini deyən V.Küçük gələn il 12 yeni ölkədə mağaza açacaqlarını deyib. Bununla da şirkətin 50 ölkədə mağazası olacaq. İcraçı direktor, həmçinin, 2018-ci ildə 30-u Türkiyədə olmaqla, dünyanın digər ölkələrində 150 yeni satış nöqtəsi açacaqlarını da deyib.
Bu il Türkiyədə 19%, xaricdə 60% böyüdüklərini deyən V.Küçük işçi sayısının da artdığını qeyd edib. Belə ki, 2016-cı ildə 35 min işçisi olan şirkətin 2017-ci ildə 42 min işçisi olub. Şirkətin 2018-ci il planlarına görə isə, 8 min yeni işçi işə götürüləcək.