Lerikdə istehlakçı hüquqlarına dair konfrans keçirilib

İyulun 14-də Lerik rayonunda “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, sahibkarlıq subyektlərinin, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.

Tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı çıxış edərək bu sahədə mövcud qanunvericilik, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ərzaq malları alarkən diqqət yetirilməli məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri və s. barədə ətraflı məlumat verib.

Qeyd edək ki, tədbir çətçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır