“LIBOR” yaxın 4 ildə ləğv ediləcək

LIBOR 2021-ci ilin sonuna qədər ləğv olunacaq. Məlumat Böyük Britaniyanın maliyyə bazarları tənzimləyicisi (Financial Conduct Authority, FCA) tərəfindən açıqlanıb.

LIBOR (London Interbank Offered Rate) Londonda banklararası təklif olunan faiz həddini əks etdirir və hazırda 350 trln. dollardan artıq həcmdə maliyyə alətinin tədavülünün əsasını təşkil edir.

FCA sədri Endryu Beylinin (Andrew Bailey) Bildirib ki, LIBOR treyderlərin uçot dərəcəsini manipulyasiya etməsinə səbəb olduğunun aşkarlanmasından sonra korrupsiya predmetinə çevrilib.

Qeyd edək ki, Britaniyada tənzimləyici qurumlar və banklar skandallar yaradan LIBOR-un yerinə daha güvənli sistem yaratmaq istədiklərini qeyd edib. Bu səbəbdən 2021-ci ilə qədər ondan mərhələlli şəkildə qurtulmaq istənildiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır