Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) Avropanın tətbiq və proqramlar üzrə ixtisaslaşan ən böyük tədqiqat təşkilatı “Fraunhofer”in reallaşdırdığı “Lightest” – “qlobal etibarlılıq” layihəsinin təqdimatı keçirilib.
NRYTN-in təşəbbüsü ilə təşkil olunan təqdimatda nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə ölkəmizdə “elektron hökumət” quruculuğu sahəsində aparılan işlər, o cümlədən dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi sahəsində elektron xidmətlərin və elektron imza infrastrukturunun rolu barədə və bu sahəyə dövlətin diqqətindən bəhs edilib.