2017-ci ilin I yarısında Ukraynanın idxal etdiyi aviasiya yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 3.72 dəfə çox artaraq 157 min ton təşkil edib. İdxalın 72 %-i dəniz yolu vasitəsilə nəql edilib. BBN.az “OilNews”a istinadən xəbər verir ki, hesabat dövründə İtaliyadan 54,9 min ton Səudiyyə Ərəbistanından isə 51.4 min ton aviasiya yanacağı idxal edilib. Səudiyyə Ərəbistanından idxal olunan neftin 11 min tonu SOCAR üçün nəzərdə tutulub.
Ümumilikdə, Litvadan Ukraynaya dəmir yolu ilə 40,1 min ton aviasiya yanacağı göndərilib. Qeyd edək ki, bunun 4,6 min tonu SOCAR-a çatdırılıb.