Neft qiymətləri dollardakı güclənmə və Liviyanın təklifi artırmağa hazırlanması səbəblərindən zəifləyib.
Liviya ən böyük neft sahələrindən birini yenidən açıb və iki il sonra ilk dəfə ən böyük ixracat terminalı olan Es Sider vasitəsilə xam neft ixracına hazırlaşır.
Seulda Samsung Futures-in analitiki Hong Sung Ki şərhində: “Bazarlar Liviya kimi ölkələrin təklifi artırmasından təsirlənir. Dolların güclənməsi isə enerji resurslarının qiymətinin artmasını çətinləşdirir”-deyib.