İnnoLAND innovasiya mərkəzinə loqo müsabiqəsi elan edilir. Belə ki, İnnoLAND ideyası olan hər kəsin öz ideyasını reallaşdırması, özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan və dünyaya rəqabət qabiliyyətli yeni texnologiyalar çıxarılmasını əsas məqsəd kimi irəli sürmüş inkubasiya və innovasiya mərkəzidir.
İnnoLAND startap ideyaların toplanılması, onların inkubasiyası, prototiplərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək.
BBN.az ASAN xidmətə istinadən xəbər verir ki, loqoda İnnoLAND-in “ASAN xidmət”ə bağlılığı, innovasiya və startaplarla, futuristik texnologiyalarla bağlı elementlər öz əksini tapmalıdır. Loqolar İdeya Bankında elan olunmuş müsabiqə üzrə ( http://www.ideya.az ünvanına ) göndərilməlidir. Loqolar ən gec 23 may tarixinə kimi göndərilməlidir. Qalibə veriləcək mükafat 500 AZN məbləğində müəyyənləşib.
Qeyd edək ki, loqo həm psd, həm də pdf formatda olmalıdır.