“Əgər OPEC və Rusiya neft hasilatının azaldılması barədə razılıq əldə edərsə, Lukoil bu qərarı dəstəkləyəcək”-deyə, şirkətin prezidenti Vahid Ələkbərov bildirib.
“İstehsal həcmi üzərində ciddi nəzarətə ehtiyac var və mən bu gün razılıq əldə olunacağını düşünürəm. Rusiya ərazisində neft hasilatının azaldılması ilə bağlı qərara dəstək olacağıq”-deyə prezident bildirib.
Qeyd edək ki, 28 sentyabrda Əlcəzairdə baş tutan 15-ci Beynəlxalq Enerji Forumunda OPEC üzvü olan ölkələr günlük neft hasilatı limitinin 32.5-33.0 milyon barel səviyyəsində saxlanılması barədə razılıq əldə etsələr də, hər bir ölkə üçün spesifik kvota müəyyənləşdirilməyib. Bu barədə rəsmi qərar bu gün Vyana iclasında əldə olunacaq.